Bakıda taksi sürücüsü avtomobili təhlükəli vəziyyətdə idarə edib.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, "UBER" taksi xidmətinə məxsus "Toyota Prius" markalı avtomobilin sürücüsü sərnişin düşmək istədiyi halda nəqliyyat vasitəsini idarə edib.
Nəticədə qapını açıb düşməyə çalışan sərnişin bir neçə metr sürüklənib.
Görüntüləri təqdim edirik: