Səhər saatlarında Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, qəza nəticəsində bir ədəd işıqfor dirəyi yararsız hala düşüb. Mərkəzin texniki əməkdaşları əraziyə cəlb olunublar və işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzi sürücülərin diqqətinə çatdırır ki, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər.