Bakıda şadlıq evlərindən biri toy mərasiminə xüsusi canfəşanlıqla yanaşıb.
Lent.az xəbər verir ki, həmin şadlıq evində gəlin salona "narın" içərisində daxil olub.
Belə ki, xüsusi hazırlanmış nar maketinin qapısı qırmızı lentlə bağlanıb, bəy lenti kəsib və gəlini narın içərisindən çıxarıb.
Bu görüntüyə sosial şəbəkələrdə münasibət birmənalı olmayıb. Bəziləri bunu kreativ ideya kimi qiymətləndirsə də , bəziləri xoş qarşılamayıb.