Oğurluq anı
04 oktyabr 2021 17:42 (UTC +04:00)

Oğurluq anı

Bakıda maşınları soyanlar kameralara düşdü - VİDEO

Bakının Xətai rayonunda 10-dan çox evdən və avtomobildən oğurluqlar edən şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı Xətai rayonunda yaşayan əvvəllər məhkum olunmuş Bəybala Kamranbəyli tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun paytaxt ərazisində 10-dan çox avtomobilin salonundan dəyərli əşyalar, maqnitafonlar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub. Saxlanılan şəxsin ətrafında aparılan əlavə aradırmalar zamanı onun rayon ərazisində bir neçə mənzildən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Qeyd edək ki, Bəybala Kamranbəyli oğurluğa gedən zaman həmin ərazilərdə yerləşdirilən müşahidə kameralarına düşüb. Bu isə onun hadisələri törətdiyini bir daha sübüt edir.

Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi digər bir əməliyyat zamanı  rayon ərazisində bir mənzildən oğurluq edən Elçin Əhmədov saxlanılıb. Onun evdən 2000 manat dəyərində qızıl və 350 manat pul oğurladığı məlum olub.

Faktlarla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdrıma aparılır. Bəybala Kamranbəyli və Elçin Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Xətai rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin  Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bakıda oğurluq edənlər tutuldu

# 5295
avatar

Mehman Nəbiyev

Oxşar yazılar