zəncirlənən kişi
17 fevral 2021 09:41 (UTC +04:00)

zəncirlənən kişi

Bakıda kişini zəncirləyən market sahibi məsuliyyətə cəlb olundu-VİDEO

Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində araşdırılıb. 

DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub. Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxıb marketin qarşısındakı dirəyə bağlayıb. Və bundan sonra mobil telefonla videogörüntüyə alaraq sosial şəbəkələrdə yayıb. 

Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Bakıda kişinin başına zəncir taxdılar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10677
avatar

Mehman Nəbiyev

Oxşar yazılar