Narkotik satışı anları
04 avqust 2021 14:21 (UTC +04:00)

Narkotik satışı anları

Bakıda binanın blokunda heroin satan tutuldu - HADİSƏ ANI - VİDEO

Sosial şəbəkələrdə görüntüləri yayılan narkotacir saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən və polis əməkdaşlarının guya bu şəxsin əməlinə göz yumması ilə bağlı bəzi şəxslər tərəfindən böhtan xarakterli məlumatlar yayılıb. Həmin görütülər tərəfimizdən araşdırılıb. Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb. Xətai rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs paytaxt sakini Murad Əsədzadə saxlanılıb.

Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.

Qeyd edək ki, araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib. Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində
əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Binanın blokunda narkotik satan tutuldu

# 9759
avatar

Mehman Nəbiyev

Oxşar yazılar