Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ötən gün gecə saatlarında 7 avtomobilin qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb: “Hadisə avtoxuliqanlıq zəminində baş verib. Hadisə zamanı nəqliyyat vasitələrində olan hərəkət iştirakçılarından birinin diz qapağında xəsarət müəyyən edilib. Əraziyə baxış keçirilib və toplanılmış materiallar Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən ibtidai istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.
İlkin məlumatlara görə, qəzaya “Hyundai” və “Toyota” markalı avtomobillərin sürücülərinin avtoxuliqanlıq etməsi səbəb olub. Hadisə zamanı 7 maşına ziyan dəyib onlardan üçü əzilib, yəni ciddi maddi ziyan dəyib. “Toyota” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Araşdırmanın sonunda yol nəqliyyat hadisəsinə səbəb olan bütün şəxslər məsuliyyətə cəlb ediləcəklər, ictimaiyyətəfə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, hadisə gecə saatlarında “Memar Əcəmi” metrostansiyasının yaxınlığında qeydə alınıb. Zəncirvari yol nəqliyyat hadisəsi zamanı “Hyundai”, “Toyota”, “Renault”, “Mercedes”, “Toyota Prado”, “Hyundai” və “KİA” markalı nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
***
saat 10:25
Bakıda zəncirvari qəza olub.
Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın “Memar Əcəmİ” metrostansiyası yaxınlığında qeydə alınıb. Məlumata əsasən, qəza nəticəsində 6 maşına ziyan dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik: