Bakıda  AĞIR QƏZA:   Ölənlər var - YENİLƏNİB  - VİDEO
15 dekabr 2022 11:08 (UTC +04:00)

Bakıda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyi bu səhər paytaxtın Qaradağ rayonunda baş verən qəza zamanı xilasetmə işlərinin görüntülərini yayıb.

Lent.az nazirliyə istinadla hadisə yerindən olan görüntüləri təqdim edir:

***
Saat: 08:49

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Lent.az xəbər verir ki, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВAЗ” markalı minik avtomobili "Volvo" markalı yük avtomobilinə çırpılıb, 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib",- deyə nazirlikdən bildirilib.

***

Saat 06:26

Bakının Qaradağ rayonunda ağır yol qəzası zamanı iki nəfər ölüb və ikisi isə yaralanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi, Meyvəli bazarının qarşısında qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə “MAN”  markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşını deformasiyaya uğrayıb.

İçərisində olan sürücü və sərnişinlər avtomobildə sıxışıb qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Sıxışıb qalan sürücü və ön oturacaqda olan sərnişinin meyiti çıxarılıraq morqa təhvil verilib.

Arxa oturacaqda olan sərnişinlər 2001-ci il təvəllüdlü Məmmədzadə Razi Sakit oğlu və 1997-ci il təvəllüdlü Allahyarlı Kənan Şöhrət oğlu ağır xəsarət aldığından Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7591

Oxşar yazılar

Bakıda maşın piyadanı belə vurdu - HADİSƏ ANI

Bakıda maşın piyadanı belə vurdu - HADİSƏ ANI

20 iyun 2025 , 11:40
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

20 iyun 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

19 iyun 2025 , 10:00
Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

18 iyun 2025 , 18:20
Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

18 iyun 2025 , 16:50
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

18 iyun 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17