Azərbaycanda telefonla danışan gənci  İLDIRIM VURDU  - VİDEO
18 may 2021 17:06 (UTC +04:00)

Azərbaycanda telefonla danışan gənci İLDIRIM VURDU - VİDEO

Mətnə video əlavə olunub.

* * *

17 may, saat 21:33

Samuxda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

# 14814
avatar

Oxşar yazılar