Argentina millisinin dünya çempionatındakı qələbəsini qeyd edən azarkeşlər maraqlı addım atıblar.
Lent.az xəbər verir ki, azarkeşlər fransalı futbolçu Killian Mbappenin şəkli yapışdırılan karton tabutu yandırıblar.
Onların bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Mbappe Qətərdə keçirilən dünya çempionatının finalında penaltilər seriyasında qol vursa da, Fransa millisi məğlub olub.