Ana evə kamera   quraşdırdı: Gördükləri onu şoka saldı - VİDEO
08 iyun 2024 14:03 (UTC +04:00)

Ana evə kamera quraşdırdı: Gördükləri onu şoka saldı - VİDEO

Böyük Britaniyadan olan Kayla Samson ailəsinin təhlükəsizliyindən narahat olaraq evinə gizli müşahidə kameraları quraşdırmaq qərarına gəlib. 

Lent.az xəbər verir ki, bu zaman Samson kameraların lentə aldığı görüntülərdən şoka düşüb. 

Qadın “Facebook” səhifəsində gecə qızının yataq otağına aparan qapının öz-özünə açıldığı videonu yayıb. Bu qapının özəlliyi ondadır ki, o, yalnız barmaq izi ilə açıla bilən qıfılla təchiz olunub.

"Bu qapı qızımın yataq otağına aparır. Dəstək yalnız barmaq izinə cavab verir. İçəridən həmişəki kimi açılır, amma xaricdən barmağınızı sensorun üzərinə qoymaq, sonra iz oxunanda dəstəyi aşağı salmaq lazımdır. Ancaq videoda belə görünmür. Deyəsən, kimsə onu içəridən açır”, - deyə Kayla bildirib.

Kayla əmindir ki, bu qəribə hadisələr başqa bir dünyanın mövcudluğunun sübutu ola bilər. 

O bildirir ki, bir dəfə böyük oğlu bu otaqda qalan zaman anasından belə bir şey soruşub: 

"İnsanlar niyə otaqda durub divarlara baxırlar?".

İndi onun dörd yaşlı qızı bu otaqda qalır və o da qorxunc hekayələr danışır. Qız tez-tez otağına girən və işıqsız yatmaqdan qorxan "qız" haqqında danışır. Balaca qız iddia edir ki, həmin şəxs şkafın qarşısında durur. Kayla bu sirli varlığın kim olduğunu bilmir.

Ev sahibi özü də bu evdə narahatlıq hiss etdiyini bildirib. O, bəzən elə hiss edir ki, evdə kimsə dayanıb ona baxır. 

Sözügedən videonu təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2532
avatar

Sevinc Fərid

Oxşar yazılar