Bakıdakı bu zolaqlardan keçməyin - QEYRİ-ADİ GÖRÜNTÜLƏR
03 fevral 2020 18:38 (UTC +04:00)

Bakıdakı bu zolaqlardan keçməyin - QEYRİ-ADİ GÖRÜNTÜLƏR

   Ötən il Bakıda piyada vurmaları nəticəsində 122 nəfər dünyasını dəyişib. Göstəricinin bu qədər çox olmasının səbəbi nədir? Ekspertlərin araşdırmasından sonra məlum olur ki, bu qəzalara əsasən, piyada keçidləri və nişanlarının düzgün qoyulmaması səbəb olur. Belə ki, şəhərin bir sıra küçələrində yollara yeni piyada zolaqları çəkilsə də hələ köhnələri qalmaqda davam edir. Bu isə sürücülər arasında çaşqınlıq yaradır və nəqliyyatın hərəkətində müxtəlif problemlər yaradır. Belə keçidlər Bakının bir çox yerlərində mövcuddur. Həmin yollarda köhnə piyada keçidləri ləğv olunsa da, zolaqlar silinmədiyi üçün 50 metrdən bir olan keçidlər sürücülərin və piyadaların pozuntuya yol verməsinə səbəb olur. 

Mövzu ilə bağlı şəhərin bir sıra yerlərində olduğumuz zaman da bunun şahidi olduq. Məsələn, Yasamal rayon məhkəməsinin qarşısında istifadəsi dayandırılan, lakin zolaqları hələ də qalan piyada keçidinə rast gəldik. Bundan əlavə, çəkiliş zamanı şəhərin hətta mərkəzi küçələrində belə istifadədə olan yeni piyada zolaqlarında rəngin yoxa çıxdığını gördük.

Məsələ ilə əlaqədar Lent.az-a danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı Bakıda və eləcə də respublikanın digər bölgələrində də piyada keçidləri ilə bağlı problemlərin olduğunu bildirib. Ekspert Bakıda problemli keçidlərin bəzilərinin adlarını çəkdi. O, həmçinin əksər keçidlərdə məlumatlandırıcı nişanların olmadığını da dilə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11172
avatar

Mehman Nəbiyev

Oxşar yazılar