Türkiyədə baş verən zəlzələnin 9-cu günündə xilasedicilər işlərini dayanmadan davam etdirir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Antakyada çalışan axtarış-xilasetmə qrupları insan istiliyinə həssas termal kameralarla dağıntılar altında qalan 13 yaşlı Kaan Kuruoğluna tapıb.
Dağıntılar altında Kaanın damar girişi açılaraq müalicəsi başladılıb. Daha sonra zamanla yarışan qruplar Kaanı olduğu yerdən uzaqlaşdırmağa müvəffəq olub. Sağ-salamat xilas edilən Kaan təcili yardıma aparılaraq xəstəxanaya çatdırılıb.
13 yaşlı Kaanın Kırklarelinin Lüleburgaz rayonundan Hataydakı qohumlarına qonaq gəldiyi öyrənilib.