Uşaqlar intihardan öncə valideynlərinə siqnal ötürürlər – Psixoloq DANIŞDI 
08 may 2021 09:04 (UTC +04:00)

Uşaqlar intihardan öncə valideynlərinə siqnal ötürürlər – Psixoloq DANIŞDI 

“Bəzi valideynlər sanki öz düşüncələrini övladlarının beyninə köçürmək istəyirlər. Vaxtı ilə özləri yaşaya, əldə edə bilmədikləri uğuru sanki uşağa yükləməklə həyata keçirmək istəyirlər. Özlərini övladlarının üstündə tapmağa çalışırlar”.

Bu fikirləri Lent.az –a açıqlamasında psixoloq Könül Telmanqızı bildirib. 

Psixoloq Könül Telmanqızı 

Psixoloq qeyd edir ki, bu hal formalaşmış uşağın psixologiyasını darmadağın edir:

“Uşağın öz istəyi, arzusu olur. Bu məqamda bir çox valideyn övladını anlamaq istəmir. Balans pozulur və valideyn övlad münasibətində problem yaranır. Bu, bir yanaşmadı.

İkinci yanaşma, çox zaman valideynlər övladı üçün nəsə edəndə bunu tez-tez ona xatırladır. İmtahana kimi uşaq eyni sözləri, el dilində desək, minnəti eşidir. Nəticədə uşaq yüklənir və düşünür ki, imtahanda yüksək bal toplaya bilməsə, valideynin əziyyətini, etimadını doğrulda bilməyəcək, günahkardı. Günahkarlıq hissi baş qaldırır. Bu düşüncəyə gələn uşaq özünü intihara meylləndirir”. 

Könül Telmanqızı valideynlərə öz düşüncələrini övladlarının beyinlərinə köçürtməməyi məsləhət görür:

“Övladları ilə dost olsunlar və uşaqları üçün  etdikləri nəyisə tez-tez onlara xatırlatmasınlar. Valideyn olublarsa, valideyn öhdəliklərini daşımağı bacarsınlar. Əgər valideyn olaraq özlərini ətrafdakı insanlara düzgün təqdim etməyə, ideal valideyn obrazı yaratmaq istəyəndə düşünsünlər ki, ideal insan yoxdur. Bu halda onlar övladlarını unudurlar. Bir çox valideynlər uşağı durmadan yükləyirlər.  Hazırlıq, rəqs, rəsm, dil kursları, idmana yönəldir və sanki övladından seçilmiş uşaq obrazı yaratmaq istəyirlər. Burada artıq uşağın qaldıra bilməyəcəyi məqamlar olanda onun psixologiyası pozulmağa başlayır. Belə olan halda uşaq bir nöqtədə bacara bilmədiyini düşünür və  artıq tükənmişlik sindromu yaşayır. Bu zaman o müəyyən nüanslara əl atmağa başlayır. Yaxşı olar ki, valideyn övladı ilə dost olsun. Onunla dost olanda uşağını daha yaxşı kışf edəcək, tanıyacaq. Övladını qorxudaraq, yükləyərək, minnət vuraraq onu psixoloji yükləməsinlər. Bütün bunlar gələcəkdə uşağı uçuruma apara bilər. Müəyyən zamanda vurulan travma sonradan aradan qalxmır. Valideyn çox şey arzulayır, amma  hər uşağın bəlli bir gücü var. Onun arzu və istəyini nəzrərə alaraq, istədiyi istiqamətə yönəltməlidilər”. 
Psixoloq valideynlərin uşaqların bu həssas dönəmində bir az cümlələrində, yanaşmalarında fərqli olmağa çağırır:
“İntihar dönəmində uşaq valideynlərinə işarə verir. Məsələn, etdiyi hərəkətlədən, baxdığı filmlərdən, istifadə etdiyi əşyalardan uşağın nəyə meyl etdiyini anlamaq olar. Məsələn, uşaq iplərlə, kəsici alətlərlə maraqlanarsa, şiddəti əks etditən filmlərə baxarsa artıq valideynlər övladlarına diqqət göstərməlidir. Uşaq bu cür siqnal ötürürsə, uşağa dostcasına yaxınlaşıb söhbət etməli, mütəxəssisə aparmalı, yaranan problemi aradan qalxmasına çalışmalıdır. Yeniyetmələr daha çox intihar etmək istəyiblər. Son bir ayda qəbul etdiyim yeniyetmələrdən 5-ni intihardan xilas etmişəm. Yaxşı olardı ki, valideynlər diqqətçil olsunlar. Valideyn övladı abituryent olduqda və ya hansısa seçim etdikdə ailədə düzgün qərara verilərsə, bu kimi hallar olmaz. O zaman övladlarını gözəl kəşf edəcəklər və gözəl də valideyn olacaqlar”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8205
avatar

Nigar Adil

Oxşar yazılar