27 aylıq körpə bədən temperaturu ilə rekord qırdı
06 fevral 2025 16:35 (UTC +04:00)

27 aylıq körpə bədən temperaturu ilə rekord qırdı

"Ginnesin Rekordlar Kitabı"nda insanda indiyə qədər qeydə alınan ən aşağı bədən istiliyi deyə maraqlı bir rekord var.

Lent.az-ın məlumatına görə, özü də bilmədən rekord qıran Polşadan olan 27 aylıq körpə idi.

Havanın temperaturu 7 dərəcə şaxta olan zaman uşaq ayaqyalın bir şəkildə nənəsinin evindən çıxıb.

Xilasedicilər onu tapana qədər ən azı üç saat küçədə yataraq huşunu itirib.

Uşaq təcili olaraq xəstəxanaya göndərilib.

Həkimlər təcili yardım maşınında olan uşağı reanimasiya edə biliblər.

Körpənin bədən istiliyi cəmi 11,8 dərəcə olub.

İki həftə ərzində oğlan sağalıb.

Bundan əvvəl tibb yalnız bir insanın bu səviyyəyə qədər soyuduğunu bilirib.

1955-ci ildə 51 yaşlı xəstə yumurtalıq xərçəngini müalicə etmək üçün qəsdən 9 dərəcəyə qədər soyudulub.

Xəstə əməliyyatdan sağ çıxıb və heç bir mənfi nəticə qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951

Oxşar yazılar