4 ilə general olan sabiq rəis – UNUDULAN MƏMURLAR
27 dekabr 2022 19:04 (UTC +04:00)

4 ilə general olan sabiq rəis – UNUDULAN MƏMURLAR

3

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyevdən bəhs edəcəyik.

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olub. 

1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışıb.

24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli, 1613 nömrəli Sərəncamı ilə ona general-mayor hərbi rütbəsi verilib.

16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 2050 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 6 mart 2012-ci il tarixli 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Firudin Nəbiyev 3 avqust 2020-ci ildə dünyasını dəyişib.

Sabiq rəisin iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 52173

Oxşar yazılar