“Turistlər, evə qayıdın”:  İtaliyadakı qədim qaya  dağıdıldı
10 oktyabr 2024 14:47 (UTC +04:00)

“Turistlər, evə qayıdın”: İtaliyadakı qədim qaya dağıdıldı

Məşhur Dolomit zirvəsindəki tarixdən əvvəlki qaya anti-turizm mesajı ilə dağıdılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyada YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş "Tre Cime Lavaredo" dağ silsiləsində Eubrontes dinozavrlarının qalıqlaşmış ayaq izlərinin yanında "Turistlər, evə qayıdın" yazılan qraffiti aşkar edilib.

Paralimpiyaçı Moreno Pesce sosial şəbəkədə bu yazı ilə paylaşım edib: “Dağları sevmək və hissləri bölüşmək bu deyil... Yaxşı həyat, hər şeydən əvvəl gözəl və sağlam dağlardır. Bunlardan fərqlidir”.

Mesaj Auronzo və Lavaredo dağları arasında sıx bir yolda tapılıb. 1992-ci ildə orada dinozavrların fosilləşmiş izləri tapılıb ki, onların yaşı 200-250 milyon ildir. Yerli sakinlər öz şərhlərində narazılıqlarını bildiriblər. Nəşr əlavə edir ki, İtaliyada tarixi məkanda qraffitilərin qalmaqala səbəb olması ilk dəfə deyil. Avqust ayında 37 yaşlı britaniyalı turist Pompeydə ailəsinin baş hərflərini divara həkk etdiyinə görə yüksək məbləğdə cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Fidan İlqar

Oxşar yazılar