Turist zəhərli ilanların  olduğu qapalı adaya düşdü – VİDEO
09 sentyabr 2024 15:10 (UTC +04:00)

Turist zəhərli ilanların olduğu qapalı adaya düşdü – VİDEO

Braziliyadakı İlha da Queimada Grande və ya İlan adası zəhərli ilanların ən çox olduğu ərazidir.  

Lent.az xəbər verir ki, cəmi 0,43 km²-lik kiçik bir ərazidə zəhəri bir saat ərzində insanı öldürə bilən qızıl ilan da daxil olmaqla 4000 ölümcül ilanın yaşadığı güman edilir.

Bu təhlükə yaradan faunaya görə adaya giriş xüsusi icazə almalı olan tədqiqatçılar və alimlərlə məhdudlaşır. Ancaq qadağalar bəzi cəsurları dayandıra bilmir. Lord Miles (əsl adı Miles Routledge) kimi tanınan belə bir macəraçı riskli səyahətə çıxıb və hətta sərgüzəştlərinin videolarını da lentə alıb.

Təbii ki, Mayls və ekipajı adaya enməzdən əvvəl Braziliya Sahil Mühafizəsindən gizlənməli olub. Oraya gəldikdən sonra o, cəngəlliyə - adanın ən təhlükəli nöqtələrindən birini təmsil edən tərk edilmiş mayaklara tərəf gedib. 

Videoda o, səyahət təəssüratlarını bölüşür və bildirir ki, adanın qorxulu reputasiyası olsa da, ilana çox rast gəlinməyib. Eyni zamanda o qeyd edib ki, adada ən təhlükəli şey susuzluq ola bilər. Lakin bu, onun fikrincə, dünyanın ən təhlükəli adalarından biri üçün o qədər də qorxulu deyil.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2910
avatar

Sevinc Fərid

Oxşar yazılar