Bu il turist  qəbul etmək istəməyən 7 ölkə
30 iyun 2026 14:38 (UTC +04:00)

Bu il turist qəbul etmək istəməyən 7 ölkə

0

Son illər dünyada turizm axınının rekord həddə çatması bəzi məşhur ölkələri həddindən artıq turist sayına qarşı ciddi tədbirlər görməyə vadar edib. Bir sıra dövlətlər yeni vergilər tətbiq edir, giriş qaydalarını sərtləşdirir, viza şərtlərini dəyişir və hətta yerli əhali arasında antiturizm etirazları müşahidə olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekspertlər 2026-cı ildə turist sayını azaltmağa və ya daha çox imkanlı qonaqları cəlb etməyə çalışan ölkələrin siyahısını açıqlayıblar. 

Tailand

Asiyanın ən məşhur turizm istiqamətlərindən biri olan Tayland vizasız qalma müddətini 60 gündən 30 günə endirib. Bundan əlavə, ölkəyə giriş üçün əlavə rüsumun tətbiqi də planlaşdırılır.

Hakimiyyət orqanları kütləvi turizmdən daha çox yüksək gəlirli turistləri cəlb etməyə üstünlük verir. Analitiklər Taylanda alternativ olaraq daha əlverişli giriş qaydaları olan Malayziyanı tövsiyə edirlər.

İspaniya

İspaniyada son aylarda həddindən artıq turizmə qarşı etiraz aksiyaları geniş vüsət alıb. Bununla yanaşı, turistlər yaşayış yeri bron edərkən əvvəlkindən daha çox şəxsi məlumat təqdim etməyə məcburdurlar.

Ekspertlər Aralıq dənizi sahillərində istirahət etmək istəyənlər üçün Monteneqronu daha rahat alternativ hesab edirlər.

İtaliya

İtaliyanın bir çox şəhərində turistlər üçün yeni ödənişlər və cərimələr tətbiq olunur. Venesiyada artıq şəhərə giriş ödənişlidir, digər bölgələrdə isə turistlərin davranış qaydaları daha da sərtləşdirilib.

ABŞ

Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra sərhəd nəzarətinin gücləndirilməsi və giriş qaydalarının sərtləşdirilməsi bəzi turistlərin ABŞ-a səyahətdən imtina etməsinə səbəb olub.

Analitiklər ABŞ-a alternativ olaraq turizm infrastrukturunu sürətlə inkişaf etdirən və xarici qonaqlar üçün açıq qalan Panamanı tövsiyə edirlər.

Niderland

Amsterdam uzun illərdir həddindən artıq turist axını ilə mübarizə aparır. Şəhər rəhbərliyi müəyyən turist qruplarına, xüsusilə yüngül narkotik vasitələrdən istifadə məqsədilə gələn şəxslərə müraciət edərək ölkəyə səfər etməmələrini istəyən kampaniyalar keçirib. Alternativ istiqamət kimi məsuliyyətli turizmi təşviq edən Danimarka göstərilir.

Yaponiya

Yaponiyada rekord turist axını səbəbindən məşhur turizm məkanlarında yeni məhdudiyyətlər tətbiq olunub. Xüsusilə Fuci dağı ətrafında giriş qaydaları sərtləşdirilib və əlavə ödənişlər tətbiq edilib. Ekspertlər Yaponiyaya alternativ kimi Cənubi Koreyanı tövsiyə edirlər.

İslandiya

İslandiya avtomobil icarəyə götürən turistlər üçün yeni yol rüsumları tətbiq edib. Bu da ölkə daxilində səyahətin xərclərini əhəmiyyətli dərəcədə artırıb. Oxşar təbii mənzərələr görmək istəyən turistlər üçün Norveç daha münasib seçim hesab olunur.

Turizm bazarında yeni dövr başlayır

Analitiklərin fikrincə, dünya turizm bazarında yeni tendensiya formalaşır. Getdikcə daha çox ölkə turist axınını məhdudlaşdırmağa və kütləvi turizm əvəzinə daha dayanıqlı turizm modelinə keçməyə çalışır.

Bu isə səyahət həvəskarlarının marşrutlarını daha diqqətlə planlaşdırmasını və turistləri yalnız qəbul etməklə kifayətlənməyən, onları həqiqətən görmək istəyən yeni istiqamətlər axtarmasını zəruri edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar