Avropada turistlərin ən sıx olduğu 10 ŞƏHƏR  – Dördü bir ölkədədir
28 avqust 2024 19:33 (UTC +04:00)

Avropada turistlərin ən sıx olduğu 10 ŞƏHƏR – Dördü bir ölkədədir

Bu il turistlər ən çox İtaliya şəhərlərinə maraq göstərirlər.

Lent.az xəbər verir ki, əvvəllər Avropanın ən təhlükəli şəhəri adlandırılan İtaliyanın paytaxtı Roma, həm də Avropada turistlərin ən çox olduğu şəhər kimi tanınıb.

Bundan əlavə, İtaliyanın daha üç şəhəri ilk onluğa daxil olub - Milan, Venesiya və Florensiya. 

Onlayn bələdçi tədqiqatında son bir il ərzində dünyanın 140 şəhəri üzrə “Google” axtarış məlumatları təhlil edilib, lakin ilk onluğa yalnız Avropa şəhərləri daxil edilib.

İlk 10-luğa İtaliya şəhərləri ilə yanaşı, Lissabon, Berlin, Paris, Rodos, Afina və Nitsa daxildir.

2024-cü ildə Avropada turistlərin ən çox olduğu 10 şəhərin siyahısını təqdim edirik: 

1. Roma (İtaliya) .

2. Lissabon (Portuqaliya).

3. Berlin (Almaniya).

4. Milan (İtaliya).

5. Venesiya (İtaliya).

6. Paris (Fransa).

7. Rodos adası (Yunanıstan).

8. Afina (Yunanıstan).

9. Nitsa (Fransa).

10. Florensiya (İtaliya).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4068
avatar

Sevinc Fərid

Oxşar yazılar