Ada içərisində sirli ADA
01 sentyabr 2025 17:21 (UTC +04:00)

Ada içərisində sirli ADA

Kanar adaları uzun illərdir turistlərin ən sevimli istirahət məkanlarından biri sayılır. Tənərif və Lansarote adaları hərəkətli kurortları və gözəl çimərlikləri ilə məşhurdur. Lakin mövsümün qızğın vaxtında bu adalar çox vaxt turistlərlə dolub-daşır.

Lent.az xarici mediaya istinadən İerro adası barədə məlumat verir.

Bu ada təkcə füsunkar mənzərələri və təmiz suyu ilə deyil, həm də turistlərin az olması ilə seçilir.

UNESCO-nun biosfer qoruğu

İerro YUNESKO tərəfindən biosfer qoruğu elan edilib. Adada sıx meşələr, vulkan mənzərələri, şam ağacları və küləyin yonduğu qayalar var.

Dalgıçların sevimli məkanı

Nəşrdə qeyd olunur ki, ada dalğıclar arasında xüsusilə məşhurdur. Onları cəlb edən əsas səbəb kristal kimi şəffaf sular və zəngin dəniz faunasıdır. Hətta aydın gündə 30 metr dərinliyi görmək mümkündür. Kanar adalarının turizm nümayəndələri buranı “planetin ən yaxşı dalğıc yerlərindən biri” adlandırır.

Çimərliklər azdır, amma təbii hovuzlar var

İerronun çoxlu çimərlikləri olmasa da, üzməyi sevənlər təbii hovuzlardan zövq ala bilərlər. Onlardan ən məşhuru Çarko-Azul (“mavi göl”) hesab olunur. Vulkanik qayaların ətəyində gizlənmiş bu hovuz öz firuzəyi suyu ilə ziyarətçiləri valeh edir.

Piyada səyahət üçün əlverişli ada

Adanın kiçik olması səbəbindən onu asanlıqla piyada kəşf etmək mümkündür. Yollar sizi şam meşələrindən tutmuş sahilədək ən gözəl yerlərə aparır. Ən diqqətçəkən marşrutlardan biri Kamino-de-Xinamadır. Təxminən 3 kilometrlik qədim yol keçmişdə yerli sakinlər tərəfindən istifadə olunub. Bu marşrut bəzi dik sahələri olsa da, adanın möhtəşəm mənzərələri ilə seçildiyi üçün dəyərli gəzinti hesab olunur.

Sakit ada, ekootellərlə istirahət

İerroda çoxlu klublar, barlar və böyük otellər yoxdur. Buna baxmayaraq, burada müxtəlif büdcələrə uyğun ekootellər tapmaq mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar