Zoom-dan daha bir YENİLİK
18 dekabr 2020 17:01 (UTC +04:00)

Zoom-dan daha bir YENİLİK

Karantin dövründə ən çox qazanan platformalardan olan Zoom yeni il ərəfəsində pulsuz hesablardakı 40 dəqiqəlik məhdudiyyəti də aradan qaldırır. 

Lent.az "techland"-a istinadən bildirir ki, platforma ilə bağlı atılan yeni addımın əsas hədəfi epidemiyaya görə, bir-biri ilə görüşə bilməyənlərin yeni ildə qovuşmasıdır. Zoom-un sözügedən yeniliyi müvəqqəti xarakter daşıyacaq. İstifadəçilərin məhdudiyyətsiz görüşdən faydalana biləcəyi tarix və saat aralıqları ölkələrə uyğun olaraq Zoom-un rəsmi veb-saytında elan olunacaq.

# 3189
avatar

Oxşar yazılar