“Blue Sky pro” eynəkləri
27 may 2021 09:36 (UTC +04:00)

“Blue Sky pro” eynəkləri

Yuxusuzluqla mübarizə üçün eynək hazırlanır

Rusiyanın “Tekhmash” konserni gələn il sirkad rejimini tənzimləyən xüsusi eynək istehsalına başlamağı planlaşdırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, eynək yuxusuzluqla mübarizəyə və gündəlik bioritmləri bərpa etməyə imkan verəcək.

Eynəklər Samara Elektromexanika zavodunda istehsal olunacaq.

Qeyd edilir ki, “Blue Sky pro” eynəklərinin səhər 6-dan 10-a, axşam 14-dən 18-ə qədər buraxdığı işıq spektri günəş işığına bənzəyir. O, “daxili bioloji saat”dan məsul olan beyin hüceyrələrini aktivləşdirir. Nəticədə bədən gecə rejimindən gündüz rejiminə keçir.

Eynəyi yuxu və oyaqlıq dövrünü tamamilə bərpa etmək üçün göstərilən saatlarda gündə yarım saat taxmaq lazımdır.

Zavodun baş direktoru Vasili Muxin bildirir ki, eynəkdən yayılan işıq eyni zamanda saat qurşağını dəyişdirmə vərdişini asanlaşdırmalı və əhvalı yaxşılaşdırmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3978
avatar

Oxşar yazılar