“YouTube” videolarında söyüşə icazə verildi:  7-ci saniyədən sonra...
09 mart 2023 18:13 (UTC +04:00)

“YouTube” videolarında söyüşə icazə verildi: 7-ci saniyədən sonra...

“YouTube” keçən ilin sonunda tətbiq etdiyi təhqiramiz ifadələrlə bağlı qaydalarını yumşaldır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, video yaradıcıları indi demonetizasiya riski olmadan orta və ağır səviyyəli ifadələrdən istifadə edə biləcəklər.

Bundan sonra məzmun yaradıcıları videonun ilk bir neçə saniyəsində güclü söyüşlərdən istifadə etsələr belə, reklamlardan məhrum olmayacaqlar. Kontent sahiblərinin əksəriyyət videolarında təhqiramiz ifadələr yoxdursa, ilk 7 saniyədən sonra orta və ya şiddətli söyüşlərdən ibarət video məzmunu monetizasiya üçün uyğun olacaq.

Həmçinin, istifadəçilər musiqi treklərində söyüş, fon musiqisində, dəstək treklərində, intro/outro musiqilərində istifadə edilən söyüşlərə baxmayaraq reklam gəliri əldə edə biləcəklər. 

 Amma onu da qeyd edək ki, hələ də video başlıqlarında və miniatürlərində söyüşdən istifadə etmək mümkün deyil. 


 

# 2373
avatar

Sevinc Fərid

Oxşar yazılar