“YOUTUBE”  haqqında bilinməyən GİZLİNLƏR 
20 may 2021 13:51 (UTC +04:00)

“YOUTUBE” haqqında bilinməyən GİZLİNLƏR 

Televiziya kanallarının “YouTube” uduzması geniş müzakirə olunur. İnsanlar artıq izləmək istədikləri verilişləri, filmləri istədikləri vaxt “YouTube”dan tapa bilirlər. 
Çoxları bu platformanın sirlərindən xəbərsizdir. Məsələn, izlədiyiniz kanalı tapmaq, “Gif” düzəltmək, gizli saxlamaq və.s kimi funksiyalar var.  

Lent.az “YouTube” gizli funksiyalarını təqdim edir:

“Gif” düzəltmək  

İzlədiyiniz videoda bəyəndiyiniz hissəni “Gif”ə çevirmək çox asandır. “YouTube”da “Gif” yazaraq, “YouTube Gif” səhifəsi açılacaq. Buradan “Gif”in müddətini və başlığını yazmaqla artıq istədiyiniz material hazırdır. 

Axtardığınız kanalı tapmaq

İzlədiyiniz hansısa kanalı tapmaq üçün “#” işarəsini qeyd edib, açar sözlərdən istifadə etməklə axtarış uğurla sonlanacaq.

Videoda səslənən musiqinin axtarışı 

Bəzən izlənilən videoda mahnını tapmaq qeyr-mümkün hal olur. MooMa.sh saytı sizə kömək edə bilər. Videonun linkini qeyd olunan saytda axtarışa verməklə, axtardığınız musiqini dinləyə bilərsiniz. 

Keyfiyyəti yoxlamaq 

“Google” tərəfindən yayımlanan “Video Quality Programme” nın köməkliyi ilə izlədiyiniz videonun keyfiyyətini yoxlamaq mümkündür. 

Videoda hansısa hissəni kəsmək 

İzlədiyiniz videonun hansısa bir hissəsini kəsmək istəyəndə "Ctrl" düyməsi və mausun sağ düyməsini eyni anda sıxmaq lazımdır. Daha sonra təqdim olunan siyahıdan "cari vaxt üçün video URL kopyalayın" bölümünü seçmək lazımdır. 

“YouTube”  uşaqlar üçün təhlükəsiz etmək 

“YouTube” tərəfindən iOS və "Android"də təklif olunan “YouTube Kids” tətbiqi ilə uşaqlarınız üçün təhlükəsiz internet platforması yarada bilərsiniz. 

Gizlilik 

“YouTube” hesabınızdan izlədiyiniz kanalların nə olduğunu gizli saxlamaq mümkündür. Hesabınızda  ayarlar hissəsində “Gizlilik”  bölümünü seçmək lazımdır.

Klaviatura idarəetməsi 

“YouTube”da bəzi əmirləri klaviatura ilə vermək olur. Məsələn:
K – Videonu saxla və yenidən başlat 
J – videonu 10 saniyə geri çək
L- videonu 10 saniyə irəli çək
M – videonu səssiz izləmək 
0 - Videonun əvvəldən izləmək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4818
avatar

Nigar Adil

Oxşar yazılar