Yeni nəsil “Wi-Fi” çipləri: nə vaxt əlçatan olacaq?
03 iyun 2021 10:48 (UTC +04:00)

Yeni nəsil “Wi-Fi” çipləri: nə vaxt əlçatan olacaq?

“Qualcomm”, “MediaTek” və “Broadcom” şirkətləri “Wi-Fi 7” çiplərinin hazırlanmasına başlayıblar.

Lent.az “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, məlumata görə, simsiz rabitə standartının növbəti nəsil çipləri məlumatların ötürülmə sürətini iki dəfə artıracaq. Bundan başqa, “Wi-Fi 6” və “Wi-Fi 6E” standartlarının varisi simsiz rabitənin əhatə dairəsini də genişləndirəcək.

Köhnə qurğular yeni nəsil çipləri dəstəkləyəcək. Mütəxəssislər “Wi-Fi 7” çiplərinin 2-3 il ərzində təqdim edilməsini gözləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Oxşar yazılar