Hər bir smartfon sahibi aldıqdan sonra yeni gadcetı necə dolduracağını bilməlidir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu, telefonun akkumulyatorunun uzun müddət davam edib-etməməsindən və şarjı yaxşı saxlayıb-saxlamayacağından asılıdır.
Yeni smartfonu necə doldurmaq olar?
Mütəxəssislər yeni telefon aldıqdan sonra onu yandırmağı və tamamilə boşalıb sönənə qədər gözləməyi tövsiyə edirlər.
Söndürülmüş smartfonu enerjiyə qoyuruq və 100 faizə qədər doldururuq.
Sonra gadcetı yenidən yandırırıq, boşalmasını və sönməsini gözləyirik və yenidən doldururuq.
Smartfonunuzu ən azı üç dəfə, ən yaxşısı isə beş dəfə tam boşaltmalı və doldurmalısınız.