Yayda telefonu qorumağın 3 sadə qaydası
07 iyun 2023 09:24 (UTC +04:00)

Yayda telefonu qorumağın 3 sadə qaydası

Yay dövründə hər bir şəxs mobil cihazdan istifadə strategiyasını yenidən nəzərdən keçirməlidir. Bu zaman cihazlar yüksək temperatura və  günəş işığına qarşı həssasdır.

Lent.az xəbər verir ki, batareyanın həddindən artıq isinməsi onun gözlənilməyən anda sıradan çıxmasına səbəb ola bilər.

Telefonun isinməsinin qarşısını almaq üçün 3 sadə qaydaya əməl etməlisiniz. 

Telefon kabrosunu çıxarın

Kabro mobil cihazın qorunmasını təmin edən əşyadır. Bildirilir ki, kabrosuz telefon batareyanın daha az isinməsinə şərait yaradır. 

Telefonun yükünü azaldın

Telefonunuzda çalışıb ağır fayllar saxlamayın. Smartfonu qızdıran əsas şeylərdən biri də budur. Yüksək keyfiyyətli videolar, şəkilləri bacardıqca cihazınızdan silin. 

Telefonunuzu günəş şüalarının düşdüyü yerə qoymayın

Yayda telefonu çox isti və işıqlı yerlərə qoymaq olmaz. Belə bir yerdə smartfonun uzun müddət qalması onu sıradan çıxarda bilər. 
 

# 2328
avatar

Sevinc Fərid

Oxşar yazılar