Yataqda noutbukda filmə  baxmayın! - TƏHLÜKƏLİDİR
12 noyabr 2024 15:39 (UTC +04:00)

Yataqda noutbukda filmə baxmayın! - TƏHLÜKƏLİDİR

Bəzi insanlar yataqda uzanarkən və ya oturarkən noutbukda film izləməyə öyrəşiblər.

Bəli, rahatdır. Amma təəssüf ki, çox təhlükəlidir. Həm cihaz, həm də sahibi üçün.

Lent.az xarici mediaya istinadla noutbuku çarpayıya yerləşdirməyin təhlükələri barədə məlumat verir.

Noutbuku yumşaq bir səthə qoyduğunuz zaman cihazın havalandırma dəlikləri bağlanır.

Bu vəziyyət cihazın həddindən artıq istiləşməsi riskini artırır. Üstəlik, insan həddindən artıq qızan cihaz səbəbiylə yanıq ala bilər.

Xüsusi stenddən istifadə edərək noutbukunuzu qoruyacağını düşünürsünüzsə, yanılırsınız. Axı bəzi gizli təhlükələr var.

Birincisi, noutbuku çarpayıya və ya divana qoyarkən cihaz çox toz və tük yığır. Beləliklə, noutbuk hətta stendlə də həddindən artıq istiləşmədən qorunmur.

İkincisi, gecə gec saatlarda noutbukda filmə baxan adam qəfil yuxuya gedə bilər. Elektrik cərəyanı axnına məruz qalmaq, noutbukun altınızda qalıb sınması təhlükəsi də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar