Yarım saata koronavirusu müəyyən edən smartfon ixtira edildi: DƏQİQ NƏTİCƏ!
05 dekabr 2020 18:50 (UTC +04:00)

Yarım saata koronavirusu müəyyən edən smartfon ixtira edildi: DƏQİQ NƏTİCƏ!

Kaliforniyanın Berkli və San-Fransisko universitetlərinin bir qrup mütəxəssisi inanılmaz ixtiraya imza atıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər yarım saatdan da tez müddətə insanlarda koronavirusu aşkarlayan mobil smartfon yaradıblar.

Son elmi yeniliklərdən istifadə edərək ərsəyə gətirilən smartfonda quraşdırılan test qurğusu CRISPR-Cas texnologiyası əsasında işləyir. 

Alimlər yaratdıqları test cihazının kütləvi istehsal olunan bütün smartfonlara uyğunlaşdırıldığını bildiriblər. Mütəxəssislər test prosesinin mexanizmini izah edərkən qeyd ediblər ki, sadəcə, burun qıtlağından götürülən yaxmanın şəkli çəkilir, sonra smartfona yerləşdirilmiş test cihazının həssas sensoruna yaxınlaşdırılır. Yarım saatdan da az müddətə dəqiq nəticə üzə çıxır.

Rəsul

# 14086
avatar

Oxşar yazılar