"Xiaomi" nin məşhur modelləri yeniləmə almayacaq
27 avqust 2025 11:17 (UTC +04:00)

"Xiaomi"nin məşhur modelləri yeniləmə almayacaq

Xiaomi artıq Android 16 əsasında qurulmuş HyperOS 3 üzərində işləyir və yeni sistemin sentyabr ayında təqdim ediləcəyi gözlənilir. Bu yeniləmə son illərin ən çox gözlənilən versiyalarından biri hesab olunur. O, bir sıra yeni funksiyalar və iOS 26-dan ilhamlanan “Liquid Glass” üslublu şüşə effektli dizayn gətirəcək. Lakin Çin şirkətinin bütün modelləri bu yeniliyi əldə edə bilməyəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, XiaomiTime mənbəsinin yaydığı məlumata görə, bəzi populyar modellər də daxil olmaqla bir sıra cihazlar HyperOS 3 və Android 16 ilə təmin olunmayacaq.

Bu modellər yeniləmədən kənarda qalacaq:

Bütün Xiaomi 11 seriyası (Xiaomi 11 Lite 5G NE daxil olmaqla);

Redmi Note 12 seriyası;

Redmi K50 seriyası (yalnız K50 Ultra istisna olmaqla);

Poco M5 seriyası;

Poco X5 seriyası;

Poco F4;

Xiaomi Pad 6 planşeti.

Siyahıda olan cihazların əksəriyyəti 2-3 ildir ki, bazardadır. Amma onların arasında nisbətən yeni modellər də var. Məsələn, Poco X5 2023-cü ilin fevralında təqdim olunub, lakin aşağı qiymət seqmentində olduğuna görə proqram təminatının dəstək müddəti çox qısa oldu.

HyperOS 3 geniş yayılacaq

Məlumata görə, HyperOS 3 ümumilikdə 100-dən çox cihazda istifadəyə veriləcək. İlk olaraq Xiaomi 16 flaqmanları Android 16 ilə qutudan çıxacaq. Onların təqdimatı sentyabr ayında gözlənilir.

Eyni zamanda, Samsung da sentyabrda Android 16 (One UI 8) sistemini sabit şəkildə istifadəyə verməyi planlaşdırır. Bu dəfə Android 15-də olduğu kimi gecikmələrin olmayacağı qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar