“Xiaomi” və “Samsung” telefonları yeni batareyalarla  təchiz olunacaq 
10 mart 2023 17:49 (UTC +04:00)

“Xiaomi” və “Samsung” telefonları yeni batareyalarla təchiz olunacaq 

“Xiaomi” və “Samsung” şirkətləri unikal xüsusiyyətlərə malik innovativ akkumulyator yaratmağı qərar veriblər. 

Lent.az xəbər verir ki, bu barədə “SamMobile” saytı məlumat yayıb. 

Məlumata görə, şirkətlər daha sərt və bərk materiallı batareyaların üstündə işləyir. 

Mütəxəssislər bu akkumulyatorların litium-ionlardan daha təhlükəsiz olacağını bildiriblər. Bu batareyalar vasitəsilə qızma, alovlanmanın qarşısı alınacaq və son zamanlar qarşılaşdığımız partlayışlardan uzaq olacaq. Həmçinin, yeni batareyalar daha yüksək tutuma malikdir. Sıfırdan aşağı temperaturda enerjini daha yaxşı saxlama xüsusiyyətinə də malik olacaq.

Qeyd edək ki, “Samsung” şirkəti ən azı 10 ildir bərk cisim batareyaları texnologiyası ilə məşğuldur.

# 2157
avatar

Sevinc Fərid

Oxşar yazılar