“WhatsApp”dan yenilik : Mesajlar 90 günə silinəcək
20 avqust 2021 19:55 (UTC +04:00)

“WhatsApp”dan yenilik: Mesajlar 90 günə silinəcək

“WhatsApp” mesajların 90 gün sonra avtomatik silinməsinə icazə verəcək. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yeni funksiyanı 2.21.17.16 yeniləməsi ilə əldə etmək olar. 
Bu yeni funksiya hələ ki, “Android” smartfon istifadəçiləri üçün əlçatan olacaq. Bununla yanaşı,  1 və ya 7 gün ərzində mesajlarınızın silinməsi üçün də seçimlər təqdim olunacaq. 
Bu yeniliklər məxfiliyi artırmaq və istifadəçi təcrübəsini daha da təkmilləşdirmək üçün həyata keçirilir. 
Qeyd edək ki, mesaj bölməsində vacib yazışmaları, sənədləri istədiyiniz şəkildə saxlaya biləcəksiniz. 


Sevinc Fərid

# 13719
avatar

Oxşar yazılar