“WHATSAPP”DAN YENİ TƏKİLİF:  razılaşmayanlar kənarlaşdırılacaq
21 aprel 2021 07:14 (UTC +04:00)

“WHATSAPP”DAN YENİ TƏKİLİF: razılaşmayanlar kənarlaşdırılacaq

Mayın 15-dək yeni “WhatsApp” qaydalarını qəbul etməyən istifadəçilərin bir qismi messencerdən məhdud rejimdə istifadə edə biləcək. 

APA “ICTnews”a istinadən xəbər verir ki, istifadəçilərin dəyişikliklərlə rahat tempdə tanış olması məqsədilə kifayət qədər vaxtın olması üçün onların qəbuledilmə müddəti mayın 15-dək uzadılıb.

Qeyd olunan müddətədək qaydaları qəbul etməyən istifadəçilərin “WhatsApp” hesabı ləğv olunmayacaq, lakin onun funksionallığı dəyişikliklər qəbul edilənədək məhdudlaşdırılacaq.

Yeni qaydalardan imtina edən istifadəçilər bildirişləri oxumaq və göndərmək imkanından məhrum olacaqlar – onlar yalnız zəng və bildirişləri qəbul edə biləcəklər. Abunəçilərə ya yeni qaydaları qəbul etmək, ya da yazışma tarixçəsini köçürmək və hesabı silmək təklif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3510
avatar

Oxşar yazılar