“Whatsapp”dan yeni gizlilik siyasəti
22 fevral 2021 10:10 (UTC +04:00)

“Whatsapp”dan yeni gizlilik siyasəti

Yanvar ayında gizlilik siyasətinə dəyişiklik etmək istəyən Whatsapp istifadəçilərin narazılığı və digər platformalara keçməsi səsbəbindən geri addım atmaq məcburiyyətində qalmışdı.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, indi isə şirkət 15 may tarixində yenidən dəyişiklik edəcəyini açıqlayıb.

Yeni gizliklik siyasəti ilə Whatsapp məlumatalrı “Facebook”a inteqrasiya edəcək. Verilən qərar ilə  razı olmayan istifadəçilərin hesabları silinəcək. Silinən hesabları birdəfəlik siməyəcəyini bildirən şirkət, yenidən geri qayıda bilmələri üçün istifadəçilərin hesabını 120 günük “zibil qutusunda” saxlayacaq. Yəni istifadəçi qərarı rədd etdikdən sonra 120 gün vaxtı olacaq ki, hesabı yenidən aktivləşdirə bilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7050
avatar

Oxşar yazılar