Zorakılıq olunduğu iddia olunan uşaqla bağlı MƏLUMAT
25 avqust 2026 16:56 (UTC +04:00)

Zorakılıq olunduğu iddia olunan uşaqla bağlı MƏLUMAT

0

Azyaşlının zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılıb.

Lent.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu paylaşım edib.

"Sosial şəbəkələrdə azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılıb. Araşdırma çərçivəsində qurumların nümayəndələri tərəfindən uşaq və ailə ilə görüş keçirilib, məsələ ilə bağlı ətraflı söhbət aparılıb. Uşağın dizində və əlində müşahidə olunan sıyrıqların yaranma səbəbi ilə bağlı verilən suala azyaşlı skuterlə hərəkət edərkən yıxıldığını bildirib. Bununla belə, uşağın zorakılığa məruz qalıb-qalmamasının dəqiq müəyyənləşdirilməsi məqsədilə onun tibbi ekspertizaya göndərilməsi də, qərara alınıb. Məsələ aidiyyəti qurumların nəzarətindədir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar