“WhatsApp”dan daha bir YENİLİK:  səsli mesajlar da...
21 oktyabr 2023 14:33 (UTC +04:00)

“WhatsApp”dan daha bir YENİLİK: səsli mesajlar da...

“WhatsApp” bu yaxınlarda yeni “hesablararası keçid” funksiyasını elan edib. İki ayrı “WhatsApp” hesabı arasında keçid etmək istəyən istifadəçilər artıq əməliyyatlarını tək cihazdan idarə edə biləcəklər. Beləliklə, bir hesabdan digərinə keçərkən “WhatsApp” hesablarınız üçün başqa cihaz istifadə etməli və ya sistemdən çıxmalısınız.

Lent.az-ın məlumatına görə, digər yenilik ondan ibarətdir ki, birdən çox hesabda apardığınız söhbətləri idarə etmək əvvəlkindən daha asan olacaq. Bu xüsusiyyət sayəsində bir çox insan iş və şəxsi həyatlarında mesajları asanlıqla idarə edə bilər.

İkinci hesab yaratmaq üçün ayrıca telefon nömrəsi və ya SİM kart lazımdır. 

Bunun üçün istifadəçilər multi-SIM və ya eSIM ilə işləyən telefonları seçə bilərlər. İkinci hesabı başqa cihazda aktivləşdirmək üçün istifadə etdiyiniz ikinci telefona və ya SİM karta SMS vasitəsilə birdəfəlik parol göndərilir. Bu doğrulama addımından sonra hər iki hesabda aktiv ola bilərsiniz.

“WhatsApp”ın daha bir yeni xüsusiyyəti ondan ibarətdir ki, tələb olunan səsli mesajlar artıq müəyyən saniyələr ərzində öz-özünə məhv olacaq. Səsli mesajlar fotolar kimi “bir dəfə bax” rejimi ilə əlçatan olacaq.

Səsli mesaj yazarkən söhbət panelində “bir dəfə bax” işarəsini görəcəksiniz. Bu işarəyə toxunsanız, səs yazınız dinlədikdən sonra avtomatik silinəcək. Bundan əlavə, audio yazının ixracı, yönləndirilməsi, saxlanması və ya ekran qeydinin götürülməsi kimi seçimlər olmayacaq.

Bu funksiya hazırda yalnız iOS və Android-də bəzi beta testerləri üçün əlçatandır və yaxın günlərdə daha çox istifadəçinin ona daxil olacağı gözlənilir.

# 30936
avatar

Oxşar yazılar