"Whatsapp"dakı dəyişikliklər barədə MƏLUMAT
09 mart 2023 10:40 (UTC +04:00)

"Whatsapp"dakı dəyişikliklər barədə MƏLUMAT

"Whatsapp" öz dəyişiklikləri barəsində istifadəçilərini daha aydın şəkildə məlumatlandırmağa razı olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının rəsmi saytında qeyd edilib.

Belə ki, istifadəçilər messencer üçün nəzərdə tutulmuş yenilənmələrin quraşdırılmasından imtina edə biləcəklər. Verilmiş məlumata əsasən, "Whatsapp" Avropa Birliyinin tələblərinə riayət edərək öz konfidensiallıq siyasətində olacaq dəyişikliklər barəsində məlumatları elə şəkildə təqdim edəcək ki, onlar şəffaf və istifadəçilər tərəfindən anlaşılan olsunlar. Bundan əlavə olaraq messencer tərtibatçıları "Whatsapp" üçün nəzərdə tutulmuş yenilənmələrdən imtina prosesini sadələşdirəcəklər.

Daha sonra, istifadəçilərin yenilənmələrdən imtina etmələrinin messencerdən istifadə mümkünlüyünü aradan qaldırmasına gətirib çıxaracağı halda tərtibatçılar bu barədə əlavə məlumatları təqdim edəcəklər. Gələcəkdə "Whatsapp" messencerdən istifadə qaydalarına hansı dəyişikliklərin əlavə edilməsi və həmin dəyişikliklərin istifadəçilərə necə təsir göstərəcəkləri barəsində ətraflı məlumatları təqdim ediləcək.

Bundan əlavə olaraq, reallaşdırılacaq dəyişikliklərin istifadəçilər tərəfindən qəbul və ya imtina edilməsi üçün nəzərdə tutulmuş idarəetmə elementləri messencerin görünən hissəsinə yerləşdiriləcəklər. Yəni bu məsələ ilə bağlı idarəetmə elementləri messencer daxilində tapılması qəliz olan yerlərdə gizlədilməyəcək.

# 7221
avatar

Fidan İlqar

Oxşar yazılar