“WhatsApp”da YENİLİK   - Hər kəsin gözlədiyi funksiya
19 oktyabr 2023 19:26 (UTC +04:00)

“WhatsApp”da YENİLİK - Hər kəsin gözlədiyi funksiya

“WhatsApp” uzun illərdir hər kəsin gözlədiyi məşhur teleqram funksiyalarından birini əldə edib. 

Lent.az xəbər verir ki, söhbət bir cihazda müxtəlif hesablar arasında keçid imkanından gedir.

“WhatsApp” tərtibatçısı istifadəçilərin çoxdan gözlədiyi funksiyanı işə saldığını elan edib.  Əvvəllər birdən çox hesabdan istifadə etmək üçün insanlar daim öz aktiv profilindən çıxmalı və ikinci birinə daxil olmalı idilər. 

Funksiyanı sınamaq üçün sizə əlavə smartfon nömrəsi və SİM kart lazımdır. Bunun üçün “WhatsApp” parametrlərini açmaq lazımdır, daha sonra istifadəçi adının yanındakı oxu vurun və "Hesab əlavə et" seçin.

Bildiriş və məxfilik parametrlərinə gəldikdə, onlar hər bir hesab üçün ayrıca konfiqurasiya edilə bilər. 

Analoji xüsusiyyət teleqramda ən azı 2017-ci ildən mövcuddur. Çox hesablı xüsusiyyət artıq iOS və Android üçün “WhatsApp” yeniləməsində təqdim olunub. 


 

# 24504
avatar

Sevinc Fərid

Oxşar yazılar