“WhatsApp”da YENİLİK:  bu mesajlar tamamilə DƏYİŞDİ
17 oktyabr 2023 13:23 (UTC +04:00)

“WhatsApp”da YENİLİK: bu mesajlar tamamilə DƏYİŞDİ

“WhatsApp” tərtibatçıları səsli və video mesaj göndərmə üsulunu tamamilə yenidən dizayn ediblər.

Lent.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Məlumata görə, “WhatsApp”ın iPhone üçün 23.21.1.71 nömrəli beta versiyasında istifadəçilərin səsli və video mesajlar arasında seçim etmələrini asanlaşdıran çat dizaynında dəyişikliklər edilib. Əgər əvvəllər istifadəçi söhbətdə mikrofon və ya videokamera ikonasına toxunurdusa, o zaman iki növ mesaj arasında keçid edirdi. İndi, həmin işarələrə basıldığında, istədiyiniz rejimin seçimi ilə bir pop-up menyu açılacaq: audio və ya video mesajlar.

Həllin mikrofon işarəsinə toxunan və daha sonra bilmədən səsli mesaj əvəzinə video mesaj göndərən diqqətsiz istifadəçilərə kömək etmək üçün nəzərdə tutulduğu bildirilir. İstədiyiniz rejimi seçdikdən sonra mesajı yazmağa başlamaq üçün müvafiq işarəni basıb saxlamaq lazımdır.

Rejimlər arasında keçid üçün yeni menyu hazırda TestFlight-dan iOS üçün “WhatsApp”ın cari beta versiyasını quraşdırmış bəzi beta testçiləri üçün əlçatandır. 

Yeniliyin digər istifadəçilərə nə vaxt görünəcəyi məlum deyil.

# 14592
avatar

Oxşar yazılar