“Whatsapp”da yeni funksiya: Qruplardan...
19 may 2022 09:28 (UTC +04:00)

“Whatsapp”da yeni funksiya: Qruplardan...

Dünyada 2 milyarddan çox insanın istifadə etdiyi “Whatsapp” mesajlaşma proqramı daha bir yeni funksiyasını təqdim edib. 

Lent.az xəbər verir ki, yeni özəllik qruplardan səssiz çıxmaqla bağlıdır. 

Belə ki, qrupları nə qədər səssiz rejimdə istifadə etsək də, bəzən arzuolunmaz söhbətlərə məruz qalırıq. Qrupdan çıxmaq istəyəndə isə bu hamı tərəfindən görülür.

Yeni funksiyanın köməyi ilə istifadəçilərin qrupdan ayrıldıqlarını yalnız qrup adminləri görə biləcək. Beləliklə, “WhatsApp” qruplarından heç kimin fərqinə varmadan çıxmaq mümkün olacaq. 

Qeyd edək ki, şirkət “İcmalar” özəlliyində də bir sıra dəyişikliklər edib. Artıq səsli zənglərdə iştirak edənlərin sayı daha da artırılıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31335
avatar

Sevinc Fərid

Oxşar yazılar