“WhatsApp”da mesajların silinməsi belə olacaq
27 aprel 2021 09:45 (UTC +04:00)

“WhatsApp”da mesajların silinməsi belə olacaq

Populyar “WhatsApp” messencerinin tərtibatçıları mesajların avtomatik silinməsi seçiminə dəyişlik etməyi planlaşdırırlar. Bu haqda “WABetaInfo” saytı məlumat verib.

Lent.az “ria.ru” saytına istinadən yazır ki, mesajların göndərilməsindən 24 saat sonra onların avtomatik silinməsi imkanı istifadəçilərə təklif ediləcək. Bu funksiya həm şəxsi, həm də qrup çatlarında əlçatan olacaq.

İndi “WhatsApp” messencerinin tənzimləməsində mesajların yalnız 7 gündən sonra avtomatik silinməsi imkanını seçmək mümkündür. Bu halda mesajlar həm göndərən, həm də onu alan tərəfdə silinir.

Yeni funksiya hələ ki beta test mərhələsindədir.

# 2577
avatar

Oxşar yazılar