“WhatsApp” qərar verdi - Bu funksiya ləğv edilir
06 may 2026 05:08 (UTC +04:00)

“WhatsApp” qərar verdi - Bu funksiya ləğv edilir

0

“WhatsApp” istifadəçilərin uzun müddətdir az maraq göstərdiyi avatar yaratma və redaktə funksiyasını həm Android, həm də “iOS” platformalarında tamamilə silmək qərarına gəlib.

Lent.az xəbər verir ki, şirkət istifadəçilərə öz rəqəmsal obrazlarını yaratmağa imkan verən bu funksiyanı tədricən tətbiqdən çıxaracaq.

Yeni qərara əsasən, avatar yaratma alətləri, profil redaktə bölmələri və klaviaturadakı avatar stikerləri yaxın həftələrdə deaktiv ediləcək.

Bununla belə, indiyə qədər göndərilmiş avatar stikerləri söhbət tarixçəsində qalacaq.

“WhatsApp” istifadəçiləri artıq yeni avatar yaratmaq və mövcud avatarları dəyişmək imkanını itirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 72

Oxşar yazılar