“Volvo” şirkətinin yeni elektromobili
02 mart 2021 19:54 (UTC +04:00)

“Volvo” şirkətinin yeni elektromobili

“Volvo” yalnız elektriklə işləyən maşınlar istehsal edəcək

“Volvo” yalnız 2030-cu ilə qədər elektrikli avtomobillər istehsal edəcək. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu zamana qədər avtomobil istehsalçısı hibridlər də daxil olmaqla yanma mühərrikli nəqliyyat vasitələrindən tamamilə imtina etməyi planlaşdırır.

Şirkət elektrikli nəqliyyat vasitələrinə yüksək tələbatın olduğunu qeyd edir. “Volvo” yanma mühərrikli avtomobil bazarının azaldığına inanır. 

Avtomobil istehsalçısının texniki direktoru Henrik Qrin benzinlə işləyən avtomobillərin uzun müddətə gələcəyinin olmadığını söyləyib.

“Volvo” 2020-ci ildə  “XC40 Recharge” elektrikli avtomobilini bazara çıxarıb.

2025-ci ilə qədər şirkətin qlobal satışlarının 50 faizini elektrikli nəqliyyat vasitələrindən, qalan hissəsini isə hibridlərdən əldə edəcəyi proqnozlaşdırılır.


 

# 2502
avatar

Oxşar yazılar