Bu gün Vikipediyanın serverlərində nasazlıq yaranıb, nəticədə sayt fasilələrlə işləyir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, müxtəlif ölkələrdə Vikipediyanı açmağa çalışan istifadəçilərə saytda texniki problemlə bağlı mesajlar gəlib.
Onlayn resurs, o cümlədən Rusiya, ABŞ və Avropa İttifaqından olan istifadəçilər üçün fəaliyyətini dayandırıb.