Fransanın DS Automobiles şirkəti məşhur “Fantomas” uçan avtomobilinin anonsunu elan edərək onun müasir versiyasının eskizlərini təqdim edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Stellantis” konserni məlumat yayıb.
Rəsmlər Fransanın Milli Avtomobil Muzeyində aktyor Lui de Fyunesin oynadığı filmlərdəki avtomobillərə həsr olunmuş xüsusi sərgi üçün hazırlanıb.
Yeri gəlmişkən, 2023-cü ildə məşhur sənətçinin vəfatından 40 il keçir.
Müasir uçan avtomobil geri çəkilə bilən qanadları və quyruğu ilə təchiz edilib. Arxada reaktiv mühərrik quraşdırılıb.
Avtomobilin açıq bir "burnu", naxışlı yan divarları, hündür pəncərə xətti və maili damı var.