Rusiyanaın Saxalin vilayətinin Solovyovka kəndində baş verən yanğından sonra xilasedicilər ölü üç yaşlı uşaq tapıblar.
Lent.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Faktla bağlı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.
Bundan başqa, cinayət işi üzrə hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş istintaq hərəkətləri həyata keçirilir.
Məhkəmə-tibbi və yanğın-texniki ekspertizalar da təyin edilib.