“Twitter”in (X)  yeni funksiyası   - Videozənglər...
26 oktyabr 2023 19:23 (UTC +04:00)

“Twitter”in (X) yeni funksiyası - Videozənglər...


İlon Mask “X” (Twitter) sosial şəbəkəsindəki yeni funksiyasını təqdim edib. 

Lent.az xəbər verir ki, “X” platforması artıq audio və videozəng funksiyasına malikdir.  Artıq istifadəçilər audio və videozənglər edə biləcəklər. 

Funksiya hazırda iOS cihazlarında mövcuddur. Bu seçimin standart olaraq aktiv ediləcəyi dəqiqləşdirilir. İstifadəçilər abunə olduqları hesabların sahiblərindən zəngləri qəbul edə biləcəklər. 

Yeni funksiyaların bütün telefonlarda nə vaxt aktivləşəcəyi isə hələlik məlum deyil. 
 

# 4383
avatar

Sevinc Fərid

Oxşar yazılar