Türkiyədə “Titra Teknoloji” şirkətinin dizayn və istehsal etdiyi “Alpin” pilotsuz helikopteri təqdim edilib.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, bu barədə Müdafiə Sənayesi Direktorluğunun “Defense Here” profil nəşri məlumat yayıb.
Qeyd edilir ki, “Alpin” Türkiyədə bir düymə ilə şaquli eniş/uçuş qabiliyyətinə malik, tapşırıqları tam avtomatik yerinə yetirən və 200 kiloqram faydalı yük daşıya bilən ilk pilotsuz helikopterdir.
O, şaquli şəkildə qalxıb enməyə qadirdir, ona görə də uçuş-enmə zolağına ehtiyac yoxdur.
Həmçinin helikopter müxtəlif iqlim şəraiti olan bölgələrdə uça bilir. 21.000 fut (6.4 km) yüksəkliyə qalxır, doqquz saata qədər havada qala bilir. Benzinlə işləyir, daxili kameradan istifadə edərək uzunmüddətli monitorinq də həyata keçirə bilər.
“Alpin” pilotsuz helikopteri həm hərbi, həm də mülki logistika əməliyyatlarında istifadə edilə bilər.