TOGG-un yeni modelinin testləri başladı -VİDEO
08 avqust 2024 21:47 (UTC +04:00)

TOGG-un yeni modelinin testləri başladı -VİDEO

Türkiyənin yerli elektrikli avtomobili olan TOGG-un istehsalçıları yeni modelin anonsunu paylaşıblar.

Lent.az xəbər verir ki, bu haqda məlumat TOGG-un “X” hesabında paylaşılıb.

“Hər an yollarda T10F ilə qarşılaşa bilərsiniz” deyə verilən paylaşımda modelin test proseslərinin Türkiyədə və xaricdə akkreditə olunmuş test mərkəzlərində başladığı bildirilir.

Fərqli yerlərdə təhlükəsizlik, dayanıqlılıq və aerodinamik sınaqlarını davam etdirən T10F, planlara uyğun olaraq il boyu bütün mövsümlərdə sınaqlardan keçəcək.

2025-ci ilin ilk rübündə T10F avtomobilini satışa çıxarmağı gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar